17 Fevral 2017 01:10
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yeddi yüz il əvvəl yaranmış və 1918-ci ildə dövlətçiliyini yenidən quran Litva Respublikası 99 illiyini qeyd edir.

Bunu Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Litva dövlətinin bərpasının 99-cu illiyi ilə bağlı keçirilən mərasimdə deyib:

"İndi, 21-ci əsrdə Litva tarixi təcrübəsini, ümumi dəyərlərini qoruyub saxlamaqla öz gələcəyini Avropa İttifaqı ölkələri ilə birlikdə qurur. Ona görə də biz təhlükəsiz gələcəyimizi təmin edən NATO-dakı üzvlüyümüzü qiymətləndiririk və bütün digər dövlətlərin azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik".

Diplomat qeyd edib ki, Azərbaycan Litvanın vacib tərəfdaşlarından biridir: "Bizim ölkələri əsası orta əsrlərə söykənən uzun illərin tərəfdaşlıq təcrübəsi bağlayır. Bu gün bizim iqtisadi, enerji, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək üçün hüquqi və təşkilati imkanlarımız var".

Litvanın milli bayramı ilə bağlı mərasim Dövlət Filarmoniyasının səhnəsində məşhur Litva musiqiçilərinin çıxışları ilə davam edib.
/Trend.az/


Müəllif:

Oxşar xəbərlər