“Mən bu haqda çıxışımda demişəm. Referendum qabağı olan hadisələrə münasibət bildirəndə qeyd etmişdim ki, bu islahatlar lazımdır və yerində edilir. Bu gün Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması sevincimizə səbəb oldu. Bu böyük bir addımdır və şübhəsiz ki, ölkəmizə böyük xeyir gətirəcək”.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını şərh edərkən deyib.
Sabiq prezident bildirib ki, bu təyinatı yüksək qiymətləndirir: “Mehriban xanımı dünya tanıyır, hər yerdə hörməti var. Belə olan halda Mehriban xanım prezident İlham Əliyevə ciddi dəstək verəcək. Yükün müəyyən hissəsini Mehriban xanım öz üzərinə götürəcək. Hesab edirəm ki, bu çox müsbət addımdır”.
Cavad