Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə Ankarada görüşüb.
Teleqraf.com xəbər verir ki, bu haqda Mövlud Çavuşoğlu özünün tvitter səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, Elmar Məmmədyarov Xocalı soyqırımına həsr edilən beynəlxalq konfransda iştirak etmək üçün Türkiyədə səfərdədir. Ankarada Türk Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilir.
Nərgiz