9 Mart 2017 21:45
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hindistanın xarici işlər naziri S.Svaraj E.Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər