14 Mart 2017 14:54
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq. Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq. Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir”.

Bunu martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüş zamanı Prezident İlham Əliyev deyib.

Teleqraf.com president.az saytına istinadən xəbər verir ki, dövlət başçısı artıq Azərbaycanda post-neft dönəminin başladığını vurğulayıb: “Bu, bizim ehtiyatlarımızın tükənməsi ilə əlaqəli deyil. Xeyr, bizim böyük neft və qaz ehtiyatlarımız var. Biz onları gələcək bir neçə on illər ərzində bazara çıxaracağıq. Lakin indi bizə sanki təbii ehtiyatlara malik olmadan gələcəyimizi planlaşdırmaq lazımdır. İqtisadiyyatımızı rəqabətlilik, düzgün idarəetmə əsasında qurmalıyıq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər