16 Mart 2017 19:40
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə sabiq xüsusi nümayəndəsi, İsveçrənin Əfqanıstandakı səfiri Piter Semnebi erməni hərbiçilərinin cəbhə xəttində törətdiyi son təxribatlara münasibət bildirib.

P.Semnebi Teleqraf.com-un sualına cavabında deyib ki, cəbhə xəttində baş verən hadisələr və əsgər ölümləri çox üzücüdür:

“Azərbaycan və Ermənistan ATƏT-in üzvüdür. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir”.

Daha sonra P.Semnebi Dağlıq Qarabağ münaqişəsi məsələsinin artıq onun fəaliyyət istiqaməti olmadığını söyləyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər