6 Aprel 2017 11:52
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı sabiq komitə sədri, deputat Şəmsəddin Hacıyevin təklifi həmkarları tərəfindən etirazla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Ş.Hacıyev Azərbaycanda təhsil müəssisələrinin tikilməsi üçün xarici sərmayədarlara şərait yaradılmasını və təsisçilər arasında əcnəbi vətəndaşların da olmasını təklif edib: “Bu, təhsilin inkişafı üçün çox önəmlidir, bütün yük dövlətin üzərində olmamalıdır”.

Sabiq komitə sədrinin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını söyləyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar: “Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”.

Komitə sədri İsa Həbibbəyli isə deyib ki, təhsil müəssisələri ilə bağlı xarici təsisçilərin olması arzuolunan deyil.

Cavad


Müəllif:

Oxşar xəbərlər