10 Aprel 2017 11:49
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə törədilmiş terror aktlarından sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Misirin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, matəm üç gün davam edəcək.

Xatırladaq ki, dünən Misirdə xristian-qibtilərin kilsələrində törədilmiş iki partlayış nəticəsində 43 nəfər həlak olub. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 27 nəfər Tantadakı, 16 nəfər, o cümlədən üç polis isə İsgəndəriyyədəki kilsədə baş verən partlayışda dünyasını dəyişib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər