Aprelin 19-20-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Bakıda səfərdə olacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Avropa İttifaqının ofisindən bildiriblər.
Aİ-nin xüsusi nümayəndəsi rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək.