Rusiya paytaxtında erməni iş adamı öldürülüb.
Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. İş adamına "Makarov" tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.
Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisi olub. İş adamları sonradan yollarını ayırsalar da, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.
Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb.
/APA/