Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada keçid xəttində Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri hər biri 18 və 19 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanmış boyunbağılar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.