30 Aprel 2017 00:10
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Türkmənistanın Xalq artisti fəxri adına layiq görülməsi ilə bağlı fərman imzalayıb.

Teleqraf.com "turkmenistan.gov.tm" saytına istinadən xəbər verir ki, Pülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan respublikaları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlığın gücləndirilməsindəki xüsusi xidmətlərinə, habelə iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə dialoqun möhkəmlənməsinə, istedadına və musiqi sənətinin inkişafında uğurlara görə layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər