2 May 2017 13:05
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın ölməsəydi, Təcili Tibbi Yardım əməkdaşlarının onu aparmaqdan imtinası müzakirə mövzusu ola bilərdi.

Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova ötən gecə yol qəzası zamanı ağır xəsarət almış qadınla bağlı yayılan videonu Teleqraf.com-a şərh edərkən bildirib.

Qeyd edək ki, dünən gecə baş vermiş qəza zamanı hadisə yerinə gələn təcili yardım maşını yaralını xəstəxanaya aparmaqdan imtina edib.

Liya Bayramovanın sözlərinə görə, qanunla polis əvvəlcə hadisə yerinə təcili tibbi yardım əməkdaşların çağırır. Ölən varsa, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən əməkdaşlar çağırılır və meyiti onlar aparırlar:

“Dünənki hadisədə təcili tibbi yardım əməkdaşlarının qadını aparmaması qaydalara uyğundur. Qadın ölmüş olmasaydı, Təcili Tibbi Yardım əməkdaşlarının onu aparmaması müzakirə mövzusu ola bilərdi. Baş verənlər qaydalar çərçivəsindədir”.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər