Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 28 yaşlı gənc qız keçmiş həyat yoldaşına məxsus aktivləri 9 min dollara satıb.
Ər keçmiş arvadını məhkəməyə verərək, ondan payına düşən məbləği geri istəyib. Xəsis qız pulu verməmək üçün qeyri-adi üsula əl atıb. O, 9 min dolların hamısını udub. Bundan sonra onun halı pisləşib və həkimə müraciət edib.
Xəstəxanadan verilən məlumata görə, gənc qız 90 ədəd 100 dollarlıq əskinazı udub və bu əskinazlardan cəmi 57-si istifadəyə yararlı vəziyyətdə çıxarılıb.
Samir