4 May 2017 17:02
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan etibarən rayonlardan gələn avtomobillərin paytxata girişinə məhdudiyyət qoyulacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, oyunlar ərəfəsində şəhərdə yarana biləcək sıxlığı azaltmaq üçün bu cür tədbir zəruridi: “IV İslam Həmrəyliyi Oyunlarının başlanması ilə əlaqədar bölgələrə məxsus dövlət nömrə nişanlı avtomobil sürücüləri paytaxta yaxınlaşarkən, şimal və cənub tərəfdə yaradılmış şəraitdə avtomobillərini park etdirə bilərlər.

Maşınların park edilməsi tamamilə ödənişsizdir. Elə orada onlar üçün ayrılmış ictimai nəqliyyat vasitəsi ilə istədikləri istiqamətlərdə hərəkət edə bilərlər”.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər