15 İyul 2014 19:01
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirə AXC-nin yaranmasında mühüm rolu olan şəxslər gəlməyiblər. AXCP sədri Əli Kərimli və partiya funksionerləri tədbirə gəlməkdən imtina ediblər.

Toplantıda -nın məlumatına görə, AXC hakimiyyətindən bəhs edən video-rolikin nümayişindən sonra çıxış edən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyası başqanının müavini Hikmət Hacızadə AXC-nin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışıblar.


Xatırladaq ki, AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. 1995-ci ildə AXC siyasi partiya olaraq AXCP adlandırılıb.

Ayxan


Müəllif: