8 May 2017 15:11
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində1980-ci il təvəllüdlü Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə Rəhman Musayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Rəhman Musayev Cinayət Məcəlləsinin 271-ci (Kompüter sisteminə qanunsuz daxil olma) maddəəsi ilə ittiham edilib. Bundan əlavə o, vergidən yayınmada da təqsirli bilinib.

Rəhman Musayev ləğv edilmiş MTN tərəfindən həbs edilib. 1 il MTN-nin təcridxanasında saxlanılıb. O, MTN-in Baş İstintaq şöbəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qurum tərəfindən saxlanılıb. Mövlam Şıxəliyev MTN ləğv edildikdən sonra işdən azad edilib.

Məlumata görə, "Azəriqazbank"da hesabı olan Rəhman Musayev xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub.

MTN-ə çağırılan Rəhman Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı ittihamlar irəli sürülüb.

Daha sonra Mövlam Şıxəliyev Rəhman Musayevin azadlığa buraxılması üçün onun ailəsindən 1 milyon manat tələb edib.

Yasamal rayonunda olan mənzillərini satan ailədən 200 min manat alınsa da, o, azadlığa buraxılmayıb. Əksinə daha bir neçə maddə ilə ittiham irəli sürülüb.

Hazırda Rəhman Musayevin ailəsinə məxsus bağ evinə və digər əmlaklarına həbs qoyulub. MTN-də bağı evinin qanunsuz vəsait hesabına tikildiyi iddia olunub.

Qeyd edək ki, Rəhman Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər