Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, senator Larisa Valter parlamentə körpə qızı ilə gəlib və burada uşağını əmizdirməklə dünya mediasının gündəminə düşüb.
Sol Yaşıllar Partiyasının üzvü olan Larisa Valter şənbə günü parlamentdə keçirilən səsverməyə iki aylıq qızı Alia Coyla birlikdə qatılıb. Senatorun iki aylıq qızı parlamentdə gedən müzakirələr zamanı ağlamağa başlayıb. Valter isə elə əyləşdiyi senator kreslosunda körpəsini əmizdirməyə başlayıb.
Qeyd edək ki, Avstraliya parlamentinin birinci palatası 2016-cı ildə qadın deputatların ali orqanda körpələrini əmizdirməyə icazə verib, lakin bu günə qədər hər hansı bir siyasətçi bu imkandan istifadə etməyib.
Larisa Valter sosial şəbəkələrdə paylaşdığı statusda qeyd edib ki, parlamentdə daha çox xanım siyasətçinin təmsil olmasına ehtiyac var.
Cavad