Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Saleh Müslümlə birlikdə kameralar qarşısında səmimi pozalar verən Prezident Ollandın “mücadilənizlə qürur duyuram” ifadəsini işlədib.
Saleh Müslüm görüş zamanı Prezident Ollanda hədiyyə təqdim edib.
PYD liderinin Fransa prezidenti tərəfindən qəbul edilməsi Ankaraya mesaj olaraq qiymətləndirilir.
Xəbərə görə, görüş zamanı Saleh Müslüm Ollanda Suriyadakı kürdlərin planı olan “Şimali Suriya layihəsi” haqqında danışıb və Olland bu projeyə “isti yanaşıb”.
Xatırladaq ki, artıq Fransua Ollandın prezident kimi səlahiyyət müddətinin başa çatmasına 4 gün qalıb.
Cavad