Pakistanın Bəlucistan əyalətində baş verən güclü partlayış nəticəsində 25 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Geo” telekanalına yerli polisdən bildiriblər.
Qeyd olunub ki, partlayış nəticəsində xeyli insan yaralanıb. Onların sayı açıqlanmır, ancaq yaralananlar arasında Pakistan parlamentinin yuxarı palatası sədrinin müavini Abdul Qafur Heydəri də var. Güman olunur ki, onun avtomobili hücuma məruz qalıb.
Hələlik partlayışı əvvəlcədən yerləşdirilmiş bombanın partlaması, yaxud terrorçu-kamikadzenin törətdiyi məlum deyil.
***
Hadisə yerindən çəkilən videogörüntüdən aydın olur ki, terrorçular ərazini minaatanlardan atəşə tutub. Partlayış minaatan mərmilərinin partlması nəticəsində baş verib. Hadisə yerindən minaatan mərmilərinin qalıqları tapılıb
Səxavət