15 May 2017 22:10
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü yağış və dolu Lerikdə fəsadlar törədib.

Dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.

Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayon rəsmiləri daha böyük fəsadların qarşısını almaq məqsədi ilə enerjinin verilişində məcburi fasilələrə yol verildiyini bildirib.
/APA/


Müəllif:

Oxşar xəbərlər