16 May 2017 13:07
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda yaşayan türklər şəhər şurasına seçkilər üçün “Birlik səsi” adlı koalisiya yaradıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, kolaisiyanı yaradan türklər bəyanat yayaraq, Tehran seçkilərində 5 namizədə dəstək verəcəklərini açıqlayıblar.

Bəyanatda bildirilir ki, koalisiya türk mədəniyyəti və kimliyinin qorunması uğrunda fəaliyyət aparan ictimai-mədəni icmalarla məsləhətləşdikdən sonra məsuliyyətli və bacarıqlı namizədləri dəstəkləməyə qərar verib:

“Əsas tələblərimiz bunlardır: Tehranda bəzi mədəniyyət evləri milli azlıqlara aid mərasimlər üçün istifadəyə verilsin, Mirzə Həsən Rüşdiyyə, Doktor Cavad Heyət, Tacmah Afaquddolə və s. kimi Azərbaycanın tanınmış şəxsiyyətlərinin adları xiyaban və meydanlara verilsin, Azadlıq yolundan şəhid olanların məzarlarına diqqət yetirilsin və Milli Sərdar Səttarxan və Şeyx Məhəmməd Xiyabaninin xatirəsinə onlara layiq abidə qoyulsun, Tehranda yaşayan milli azlıqların kimliyinin gücləndirilməsi istiqamətində onların yaşadığı məntəqələrdə türk nişan və adlarından daha çox istifadə olunsun, azərbaycanlıların sayı Tehranda olduqca çox olduğundan Mədəniyyət Evlərinin birinə “Azərbaycan” adı verilsin, kolisiyanın Tehran əhalisi, xüsusi ilə də azərbaycanlıların müraciəti üçün birgə ofisi yaradılsın” .

“Birlik səsi” koalisiyasının dəstəklədiyi namizədlər bunlardır: Əli Məhəmmədi Qəribani, Əhməd Həkimipur, Şəhrbanı Əmani, Babək Neqahdar və Əbdul Moqim Nasehi.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər