Ötən gün metronun "Koroğlu” stansiyasının çıxışında xoşagəlməz hadisə yaşanıb.
Teleqraf.com Yeniçağ.az-a istinadən xəbər verir ki, ərlə arvad hər kəsin gözü önündə əlbəyaxa davaya çıxıblar.
Hadisənin canlı şahidi olan əməkdaşımızın verdiyi məlumata görə, valideynlərin bu davasını azyaşlı uşaqları göz yaşları içində izləyiblər.
Onlar bir-birini yumruqlamaqla yanaşı, təhqirdən də çəkinməyiblər. Maraqlıdır ki, bu davada ən çox zərərçəkən şəxs arvad yox, evin kişisi olub. Qadın tərəfindən ciddi fiziki təzyiqə məruz qalan kişi, uşağının da arvadı tərəfindən küçə ortasında döyülməsini sadəcə, izləməklə kifayətlənib.
Cütlük sonda heç nə olmamış kimi sözügedən ərazidə marşruta əyləşəyərək ayrılıblar.
Əməkdaşımızın çəkdiyi videonu təqdim edirik: