19 May 2017 14:06
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib.

Teleqraf.com "Report"-a istinadən verdiyi məlumata görə, günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

Daşkəsən rayon Fövqaladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən şəhərə elektrik enerjisi verilişi dayandırılıb, bir yaşayış binasının dam örtüyü isə tamamilə dağılıb: "Kəndlərdəki vəziyyətlə bağlı isə hələlik məlumat yoxdur. Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür".


Müəllif: Teleqraf.com