2 İyun 2017 16:49
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, "VAZ 2107" markalı, 90-HL497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yuvarlanaraq çayın yatağına aşıb.

Nəticədə sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti daha ağır olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.


Müəllif: Teleqraf.com