1 İyul 2017 09:19
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəravtoyol ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

Report-un xəbərinə görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər