Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Rəvan Ağayev naməlum şəxsin hücumuna məruz qalıb.
O, qadına dəmir parçası ilə xəsarət yetirib. Sonra 50 manatını və mobil telefonunu götürərək qaçıb. 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini Qulu Səfərzadə tutulub.