Xezerxeber.az-ın məlumatına görə, hadisə İmişli rayonunun Qaragüvəndikli kəndində baş verib.
Kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində vəziyyət son vaxtlar daha təhlükəli hal alıb. Müxətlif yerlərdən evə girən ilanlar hər kəsi qorxuya salıb. Xüsusilə uşaqlar qoxudan evdə yata bilmirlər.
Dəfələrlə öldürmələrinə baxmayaraq, yenidən başqa ilanlar ortaya çıxır.
Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildirdirsələr də, evdə yenidən ilanlar peyda olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: