30 İyul 2017 14:43
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:16

Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.

Teleqraf.com məlumat verir ki, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.

Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.

Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.

16:43

Bu gün Bakı şəhəri, Xətai rayonunda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com