30 İyul 2017 17:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda 19 yaşlı gəlin azyaşlı övladı ilə birlikdə evdən qaçıb.

Teleqraf.com məlumat verir ki, Biləsuvar rayonunun Xırmandallı kənd sakini İlahə Zeynalova 3 ilə yaxındır ki, bu kəndə gəlin köçüb. Gəlinin yaxınlarının sözlərinə görə, ərdə olduğu müddət ərzində İlahə ilə ailə üzvləri arsında söz-söhbətlər olub. Hətta sonuncu dəfə, iyulun 20-də ailədə yenidən söz-söhbət olduğu üçün həyat yoldaşının xəbəri olmadan atası evinə qayıdıb.

Lakin bir neçə gün sonra qayınatası və həyat yoldaşının təkidi ilə o, yenidən ər evinə gedib. Gedərkən isə anasına bir də belə hal olacağı təqdirdə geri qayıtmayacağını və növbəti dəfə hara getməli olduğunu heç kimə bildirməyəcəyini deyib. Bu hadisədən 2 gün sonra belə də olub. İyulun 25-də İlahə Zeynalova yaşadığı evi xəbərsiz tərk edib. Evdən çıxarkən o, yaşyarımlıq körpəsini və sənədlərini də özü ilə götürüb.

Artıq 5 gündür ki, yaxınları onu axtarsalar da hələ ki, bir nəticə yoxdur. Məsələ ilə bağlı Biləsuvar rayon polis şöbəsinə də məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: (Xezerxeber.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər