31 İyul 2017 15:29
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:22

Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.

Bayram İbrahimov küçəsində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Öldürülənlər Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır. Məhəmməd Qəmbərov isə yaralanıb.

Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir. Qətlə yetirilən şəxslərdən biri qadındır. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Mübariz Mehdiyev isə polis tərəfindən zərərsizləşdirilib.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

***

10:07

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:

1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;

1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;

1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;

1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;

1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).

Yaralanan:

1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov. /Report/

***

12:03

Bu gün səhər saatlarında Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi illərdir ailələr arasında olan münaqişədir.

Bu barədə Publika.az-a Polis idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Qəmbərovlar müəllim ailəsidir, lakin ailə üzvlərinin əksəriyyəti Moskvada alverlə məşğuldur.

Mübarizlə onlar arasındakı qalmaqal da yeni deyil. İllər əvvəl Qənbərovlar ailəsindən bir nəfərin adı cinayətə qarışmışdı. Həmin hadisədən sonra iki ailə arasında münaqişə başlayıb.

***

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən silahlı basqınla bağlı yeni məlumat var.

Məlumata görə, evə basqın edən Mübariz Mehdiyev Qəmbərovların evinə Rusiyada aralarında münaqişə yaşanan Natiq Qəmbərovu öldürmək üçün gedib.

Səhər saat 6 radələrində Qəmbərovların həyətinə girən M.Mehdiyev əvvəlcə həyətdə olan “Mersedes” markalı avtomobili yandırıb. Həyətdəki səsə evdəkilər çölə çıxdıqda isə M.Mehdiyev özü ilə gətirdiyi silahdan onlara atəş açıb.

M.Mehdiyev Natiq Qəmbərovu öldürmək üçün getsə də, həmin vaxt N.Qəmbərov evdə olmayıb. M.Mehdiyev də qapıya çıxan N.Qəmbərovun valideynlərini və əmisinin ailə üzvlərini güllələyib. /Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər