1 Avqust 2017 15:59
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin Bicardan seçilmiş deputatı Həmdulla Kərimi Tehran hava limanında həyat yoldaşını təhqir edən polis əməkdaşına hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə sübh saatlarında baş verib.

Yol və Şəhərsalma naziri ilə birgə Bicar şəhərinə uçmaq istəyən və şəxsi avtomobilində xanımı ilə birlikdə areportun özəl məntəqəsinə daxil olmağa çalışan deputatı polis əməkdaşı dayandıraraq ondan kimlik tələb edib.

Üzərində heç bir kimlik sənədin olmayan Kərimi deputat olduğunu bildirsə də, polis əməkdaşı onun hava limanının özəl məntəqəsinə daxil olmasına mane olub.

Deputat xanımı ilə xudahafizləşdikdən sonra avtomobilindən düşərək hava limanı terminalına qədər piyada getmək məcburiyyətində qalıb. Lakin az sonra Həmdulla Kəriminin xanımı zəng vuraraq, həmin polisin onu təhqir edib söydüyünü və avtomobilin hava limanından çıxmasına mane olduğunu bildirib. Bunu eşidən deputat geriyə qayıdaraq, polislə əlbəyaxa olub. Polis əməkdaşına kəllə atan deputat onun burnunu sındırıb, daha sonra təyyarəyə minərək Bicara uçub.


Müəllif: Samir

Oxşar xəbərlər