5 Avqust 2017 16:30
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakini işlədiyi sexdə dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən mebel sexində qeydə alınıb. Orada işləyən şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Hamlet Qara oğlunun halı pisləşib. Ona tibbi yardımın göstərilməsinə baxmayarq, həyatını xilas etmək mümkün olmayıb.

H. Hüseynov ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər