6 Avqust 2017 16:07
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin birinci yarısında Almaniyada qaçqınlara 642 hücum edildiyi qeydə alınıb. Bir il əvvəl eyni dövrdə qaçqınlara 1500 hücum edilib.

Teleqraf.com dünya mediasına istinadla xəbər verir ki, bunu Almaniya Sol Partiyasından olan millət vəkili Ulla Jelpke bildirib. O, deyib ki, qaçqınlara hər gün nasist və irqçilər tərədindən təhdidlər olur.

Almaniya Xəbər Agentliyinin xəbərinə görə, Sol Partiyanın sualına cavab olaraq Daxili İşlər Nazirliyi bildirib ki, 2017-ci lin birinci üç ayında qaçqınlara 318, ikinci üç ayında isə 324 hücum edildiyini qeydiyyata alınıb.

Bunların arasında qaçqınlara təhqirlərin olduğunu da ifadə edən Daxili İşlər Nazirliyi bu hücumların zamanı 123 köçkünün yaralandığını da ifadə edib.

Sol Partiyanın deputatı Ulla Jelpke isə bir il əvvəllə müqayisədə qaçqınlara 1500 hücum edildiyini deyərək irqçi hücumların 2017-ci ildə azalmasına baxmayaraq, bu hücumların hələ də yüksək səviyyədə olduğunu vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər