Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qarşıdurma nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə SEPAH-ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur jurnalistlərə açıqlamasında xəbər verib. O bildirib ki, qarşıdurma zamanı SEPAH qüvvələri hücum edən şəxslərdən 2-sini öldürüb, 4-nü yaralayıb:
“Bir sıra təxribat və teraktlar törətmək məqsədilə sərhədi keçərək, ölkəyə daxil olan terrorçu dəstənin üzvləri SEPAH-ın quru qüvvələri tərəfindən məhv edilib. Terrorçulardan bir sıra silah-sursat və hərbi avadanlıqlar aşkarlanaraq götürülüb”.
Tərəflər arasında silahlı qarşıdurmanın Qərbi Azərbaycanın konkret hansı sərhəd məntəqəsində baş verdiyi mediaya açıqlanmayıb.