Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Filippində baş verib.
Məlumatlara görə, soyğunçular 4 nəfər olublar.
Onlar Hülya Çavuşoğlunun çantasını Ninoy Aquino aeroportunda soyublar. Çantadan bir qızıl, bir brilyiant və bir ədəd xüsusi işlənmiş üzük, eləcə də qızıl qolbağ yoxa çıxıb. Hülya isə otelə çatdığında qızılların çantasında olmadığını görüb və polisə şikayət edib.
Flippin polisi qısa zamanda oğruları yaxalaya bilib. Saxlanılan Yves Ronald Baquion, Vilson Mataqnas, Con Adryu Rokam və Alfora adlı şəxslər əməllərini etiraf ediblər.