İstərdim NATO-nun mənzil-qərargahı Moskvaya köçürülsün.
Teleqraf.com xəbər verir ki, bu fikirləri 16-cı Dalay-lama Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.
Dalay-lamanın fikrincə, bu, Rusiya və ABŞ-ın yaxınlaşmasına səbəb olar:
"Rus mentalitetində NATO düşmən qüvvənin simvolu kimi qavranılır. Əgər alyansın ofisi Moskvada yerləşsə, psixoloji rahatlıq yaranar, iki ölkənin birgə olduğu təsəvvürü formalaşar".
Buddist lider daha sonra deyib: "Qorxuram, bu təklifdən sonra məni Amerikaya buraxmasınlar..."
Qeyd edək ki, ötən həftə Nyu Delidə neyrologiya üzrə rus alimləri ilə Tibetin ruhani lideri arasında ilk dəfə fundamental biliklər mövzusunda müzakirə aparılıb.