16 Avqust 2017 17:21
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın populyar “Aykakan Jamanak” qəzeti Vayot Dzor bölgəsində və Xosrov dövlət qoruğunda günlərdir davam edən yanğının ekoloji nəticələri ilə yanaşı siyasi nəticələri olacağını yazıb.

Teleqraf.com nəşrə istinadla xəbər verir ki, artıq dünəndən Ermənistan Fövqəladə Hallar Nazirliyi ilə Təbiəti Mühafizə Nazirliyi arasında “soyuq müharibə” başlayıb.

Nəşr fövqəladə vəziyyət haqqında müvafiq qanunu dərc edərək “yanğın təhlükəsi dövründə yollarda sürücülərin və əhalinin təhlükəsizliyi üçün nəzarət məntəqələrinin yaradılması məsləhət görülür” tövsiyəsi ilə bağlı öhdəliyin hansı qurumun üzərinə düşdüyü sualını verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyi qəzetin sorğusuna cavabda məsuliyyəti Təbiəti Mühafizə Nazirliyinə yönəldib. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə əsasən nəzarət məntəqələrinin yaradılması səlahiyyətinin Təbiəti Mühafizə Nazirliyinin vəzifəsinə aid olduğunu bəyan edib.

“Aykakan Jamanak” qəzetinin yazdığına görə, məhz bu səhvə görə Təbiəti mühafizə naziri Arsvik Minasyan öz postunu itirə bilər.

Nəşr Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinin də vəziyyətinin yaxşı olmadığını qeyd edib. Baş nazir Karen Karapetyanın iki naziri vəzifədən kənarlaşdırmaq üçün ciddi əsasları olduğu vurğulanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər