17 Avqust 2017 14:56
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri avqustun 16-da İŞİD-in forpostu hesab olunan Rakka şəhərinə aviazərbələr endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi – SANA məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində şəhərin bir yaşayış məhəlləsində 17 qadın və uşaq həlak olub, onlarla insan yaralanıb.

Bir qədər əvvəl isə məlumat yayılmışdı ki, koalisiya təyyarələrinin hava hücumları həftənin əvvəlindən bəri 40-dan artıq insanın ölümünə gətirib çıxarıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər