Avstraliyanın Sidney şəhərində avtomobil mağazaya girib, 7 nəfər, o cümlədən arabada olan uşaq xəsarət alıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “ABC Sydney” radiosuna yerli polis idarəsindən bildirilib.
“Yeni Cənubi Uels ştatının polis idarəsi Çestvudda baş verən toqquşmanı bədbəxt hadisə kimi qiymətləndirib”, radionun məlumatında deyilir.