Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.