23 Avqust 2017 18:53
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə prosesi davam etdirilir.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu dəfə üsyançı baza komandiri, general Hakan Evrimlə bağlı proses başlayıb. General Hakan Evrimə qiyamçıların əsas qərargah kimi istifadə etdikləri Akınçı bazasındakı təhlükəsizlik kameralarından götürülən görüntülər göstərilib. Həmin görüntülərdən qiyamçı generaılın 3 dəfə ortaya çıxaraq polkovnik və digər zabitlərlə söhbət etdiyi bəlli olur.

General videonu izlədikdən sonra nə deyəcəyini bilməyib, dodaqlarını tərpətmək belə istəməyib. Videodan çıxarılan fotolara isə qiyamçı general “bəli, bu mən ola bilərəm” cavabını verməyə məcbur olub.

Məhkəmə prosesi zamanı pis vəziyyətə düşən general daha çox susmağa, onun vəkili isə danışmağa üstünlük verib. Vəkilin məhkəmə prosesində şərtlərin Nürunberq məhkəməsinin şərtlərindən daha pis olmasını deməsi isə zaldakı şəhid ailələrinin və qazilərin kəskin etirazına səbəb olub.

Qeyd edək ki, artıq Akıncı hərbi bazasında olan 486 qiyamçının məhkəmə prosesi başa çatmaq üzrədir.


Müəllif: Cavad

Oxşar xəbərlər