Mingəçevirdə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
Teleqraf.com xəbər verir ki, şəhərin "Energetik" adlı yaşayış massivində 1992-ci il təvəllüdlü Elçin Qəmbərli, 1989-cu il təvəllüdlü Zamiq Məmmədov və 1990-cı il təvəllüdlü Mehman Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə ediblər. Gənclərin mübahisəsi sonda davaya çevriıib. Dava zamanı Elçin Qəmbərli Zamiqə və Mehmana bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.