29 Avqust 2017 08:35
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Polistiren şəhərində yerləşən çimərliklərdən birində ağlasığmaz hadisə baş verib.

Çimərlikdə istirahət edən insanlar qəfildən kimyəvi qaz buludunun təsirinə məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, hadisə nəticəsində 133 nəfər ziyan görüb. Onlar təcili xəstəxanaya çatdırılıb. İnsanlar nəfəs almaqda çətinlik çəkib, gözləri qazın təsirinə məruz qalıb və kütləvi qusma halları müşahidə edilib.

Polis dərhal çimərliyi boşaldıb, ekspert qrupu qaz buludunun mənbəyini və keyfiyyətini müəyyənləşdirmək məqsədilə araşdırmaya başlayıb.

Şahidlərdən biri deyib ki, dənizdən gələn qaz buludunun mənbəyi Fransada bir sənaye müəssisəsidir.


Müəllif: Cavad

Oxşar xəbərlər