Balakən rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qazma kənd sakini, 1964-cü il təvəllüdlü Qurban Sulxayev odlu silahla ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirib.
O, Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.