Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda yol qəzasında ölüb.
Teleqraf.com. com xəbər verir ki, bu barədə məlumatı idmançının dostları Feysbukda yayıb.
Dostları bildirib ki, MMA döyüş idman növü ilə məşğul olan Xəzər Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:
“Hazırda meyit Beyrut şəhər morqunda saxlanılır”.
İdmançının dostları bildirib ki, onun nəşinin Azərbaycana gətirilməsi üçün yüksək məbləğdə pul tələb olunur:
“12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər”.
Qeyd edək ki, X.Əliyev Naxçıvanın Şərur rayonunda anadan olub.