31 Avqust 2017 16:43
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva şəhərində və Moskva vilayətində sentyabrın 1-də terror aktı törətməyə hazırlaşan Mərkəzi Asiya mənşəli iki nəfəri saxlayıb.

Teleqarf.com xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxslər sentyabrın 1-də insanların kütləvi olduqları yerlərdə terror aktı törətməyi planlaşdırıblar.

Qeyd edək ki, sentyabrın 1-də Rusiyada yeni dərs ili başlayacaq, məktəblərdə təntənəli mərasimlər keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər