1 Sentyabr 2017 17:37
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilən 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, hadisə iki gün əvvəl baş versə də, bu barədə xəbər yeni yayılıb.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Məhəmməd Mirzayi avqustun 30-u sübh saatlarında Xürrəmabad şəhərinin Parsilon həbsxanasında edam olunub.

Narkotik maddələrin istehsalı, satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər – dörd ildən bəri həbsdə saxlanılan Fərdin Hüseyni və Məsud Valizadə də avqustun 30-da, eyni saatlarda Ərdəbil şəhər həbsxanasında edam olunub.

Hər iki müttəhimə edamdan bir gün əvvəl öz ailə üzvləri ilə görüşüb vidalaşmağa icazə verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər