ATV kanalında yayımlanan "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramovaya ağır itki üz verib.
Mövqe.az xəbər verir ki, aparıcı xanımın anası dünyasını dəyişib. Xatırladaq ki, ötən ilin mart ayında aparıcının xərçəng xəstəliyindən əziyyət çəkən bacısı rəhmətə getmişdi. Z. Bayramova bildirib ki, bacısının itkisindən sonra anasının səhhətində ciddi problem yaranıbmış. Aparıcı müayinə və müalicələrin anasının sağlamlığına müsbət təsir göstərmədiyini,onun səhhətinin günü-gündən ağırlaşdığını bildirib:
"Qardaşım həkimdir. O da anamın sağalması üçün əlindən gələni etdi. Anamın səhhəti bacımın ölümündən sonra ağırlaşdı. Anam bu ayrılığa dözə bilmirdi. Çox vaxt müalicə olunmaqdan da imtina edirdi. Deyirdi ki, övlad itkisinə dözə bilmir".
Qeyd edək ki, 2015-ci ildə isə xanım aparıcı 78 yaşlı atasını itirmişdi. Zülfiyyə Bayramovanın atası ürək xəstəliyindən dünyasını dəyişmişdi.
Məlumat üçün qeyd edək ki, Zülfiyyə Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
Allah rəhmət eləsin!