Roma Papası I Fransiskin təyyarəsi istiqamətini dəyişib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb “İrma” qasırğası olub.
İtaliyadan Kolumbiyaya uçan təyyarə Puerto-Riko üzərindən uçmaq əvəzinə, istiqamətini dəyişərək Barbados, Qrenada və Trinidad adalarından keçərək, Boqotaya eniş edib.
Qeyd edək ki, “İrma” qasırğası səbəbindən ABŞ-da fövqəladə vəziyyət elan edilib.